Cəmiyyət

Üç rayonda həyətyanı sahələrə su doldu: FHN əraziyə qüvvələr cəlb etdi - VİDEO

08 Jul 2026, 18:08 10 baxış
Üç rayonda həyətyanı sahələrə su doldu: FHN əraziyə qüvvələr cəlb etdi - VİDEO
İntensiv yağan yağışlar nəticəsində Zaqatala, Balakən və Ağstafa rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və digər ərazilərə su dolması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumatlar daxil olub. Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzi, Mülki müdafiə qoşunları və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri zəruri tədbirlərin görülməsi üçün dərhal ərazilərə cəlb olunub. Hazırda FHN-in qüvvələri tərəfindən su dolmuş yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər