Dünya

"Chevron" şirkətinin neft tankerinə Qara dənizdə dron hücumu edildi

08 Jul 2026, 18:42 3 baxış
"Chevron" şirkətinin neft tankerinə Qara dənizdə dron hücumu edildi
ABŞ-nin "Chevron" şirkəti tərəfindən icarəyə götürülmüş "Yasa Polaris" adlı neft tankeri Qara dənizdə dron hücumuna məruz qalıb. Bu barədə Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir. Məlumata görə, gəmiyə Novorossiysk ərazisində Xəzər Boru Kəməri Konsorsiumunun neft yükləmə terminalına yaxınlaşarkən PUA zərbəsi həyata keçirilib. Bildirilir ki, gəminin ekipajı zərər görməyib və Qazaxıstan neftinin ixracı dayandırılmayıb. Ən böyük səhmdarı ABŞ-nin "Chevron" şirkəti olan "Tengizchevroil" "CPC Blend" markalı neftin əsas ixracatçılarından biri kimi çıxış edir. Bu neft əsasən Qazaxıstandakı Tengiz yatağında hasil olunur. Gəmi Türkiyədə qeydiyyatdan keçmiş "Yasa Holding" şirkəti tərəfindən idarə olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər