Cəmiyyət

Bu üç rayonda subasma fəsadlarının qarşısı alınır - Video

08 Jul 2026, 18:26 35 baxış
Bu üç rayonda subasma fəsadlarının qarşısı alınır - Video

İntensiv yağışlar nəticəsində Zaqatala, Balakən və Ağstafa rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və digər ərazilərə su dolması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.


Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.


Qeyd olunub ki, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzi, Mülki müdafiə qoşunları və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri zəruri tədbirlərin görülməsi üçün dərhal ərazilərə cəlb olunub.


Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su dolmuş yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.


Mənbə axar.az

Oxşar Xəbərlər