Cəmiyyət

Balakəndə 43 yaşlı kişini sel apardı

08 Jul 2026, 16:18 19 baxış
Balakəndə 43 yaşlı kişini sel apardı

Balakən sakini, 43 yaşlı kişini sel apardığı ehtimal edilir.


Axar.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Katex kəndində, Katex çayında qeydə alınıb.


Belə ki, Balakən rayonunun Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Ramazan oğlu Rzayev sərxoş vəziyyətdə Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan çaya yıxılıb. Bu zaman onu sel aparıb.


Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər