Cəmiyyət

Dənizdə batan 28 yaşlı oğlanın meyiti tapıldı

08 Jul 2026, 09:18 24 baxış
Dənizdə batan 28 yaşlı oğlanın meyiti tapıldı

Dünən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 1998-ci il təvəllüdlü Adıgözəl Ehtibar oğlu Mustafayevin meyiti tapılıb.


Bu barədə Axar.az-a FHN-dən məlumat verilib.


Bildirilib ki, meyit Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mənbə axar.az

Oxşar Xəbərlər