Cəmiyyət

Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı

08 Jul 2026, 09:22 21 baxış
Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı

Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşıb.


Axar.az Trend-ə istinadla xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.


Belə ki, “Hunday” markalı mikroavtobus hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dərəyə aşıb.


İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan 3-ü Mingəçevirdəki özəl xəstəxanaya, digər 3 nəfər isə Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.


Faktla bağlı araşdırma davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər