Cəmiyyət
Şuşa sakini: "Doğma yurduma çatanda qurban kəsəcəyimi əhd eləmişəm"
"Allaha şükürlər olsun ki, Şuşaya geri qayıdırıq. Evə çatandan sonra qurban kəsəcəyimi əhd eləmişəm. Allah Prezidentimizin canını sağ eləsin, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin". Bu sözləri Oxu.Az-a açıqlamasında keçmiş məcburi köçkün, Şuşa sakini Zümrüd Abbasova deyib. "23 yaşımda Şuşanı tək tərk etmişdim, indi isə həyat yoldaşım və qızımla geri qayıdıram. Sevincimizin həddi-hüdudu yoxdur", - deyə Şuşa sakini əlavə edib.
Mənbə
oxu.az