Cəmiyyət

Xocavənd sakini: "Qalan ömrümüzü dədə-baba yurdumuzda yaşayıb, yaratmaq istəyirik"

08 Jul 2026, 06:58 22 baxış
Xocavənd sakini: "Qalan ömrümüzü dədə-baba yurdumuzda yaşayıb, yaratmaq istəyirik"
"Bu gün həm sevinir, həm də kədərlənirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Cənab Prezidentə təşəkkür edirik". Bu sözləri Oxu.Az-a açıqlamasında keçmiş məcburi köçkün, Xocavənd sakini Cəmilə Məmmədova deyib. "1992-ci ildə, 30 yaşımda Xocavəndi tərk etmişəm. Həyat yoldaşım döyüşlərdə şəhid oldu. Bu gün dörd övladım və nəvələrimlə geri qayıdıram. Qalan ömrümüzü dədə-baba yurdumuzda yaşayıb, yaratmaq istəyirik", - deyə keçmiş məcburi köçkün bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər