İqtisadiyyat

Bakının dörd rayonunda qaz olmayacaq

08 Jul 2026, 00:12 39 baxış
Bakının dörd rayonunda qaz olmayacaq
Bakının bir sıra rayonlarında qaz təchizatı müvəqqəti dayandırılacaq. Oxu.Az xəbər verir ki bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 8-i, saat 10:00-dan etibarən aşağıdakı ünvanlarda qaz təchizatında fasilələr yaranacaq: 1. Sabunçu rayonu: Nardaran qəsəbəsi, Azərbaycan qadını və Albalılıq küçələri; 2. Yasamal rayonu: F.İbrahimbəyov, M.Naxçıvani, C.Cabbarlı, C.Qaryağdıoğlu və Z.Əhmədbəyov küçələri; 3. Binəqədi rayonu: Xocəsən və Sulutəpə qəsəbələrinin bir hissəsi; 4. Suraxanı rayonu: Əmircan qəsəbəsi, 5-ci Mədən və X.Ələkbərov küçələri. Qeyd olunan ərazilərdə qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər