İqtisadiyyat
Azərbaycanda bəzi avtomobillər ucuzlaşacaq - Açıqlama
Rəsmi dilerlər tərəfindən ikinci əl avtomobillərin satışı zamanı ƏDV-nin hesablanması qaydasının dəyişdirilməsi təklif olunur. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, istehsal tarixi beş ildən artıq olmayan və dilerlər tərəfindən yalnız nağdsız qaydada alınan ikinci əl avtomobillərin təkrar satışında üç il müddətinə ƏDV avtomobilin tam dəyərindən deyil, yalnız ticarət əlavəsindən hesablanacaq. Məsələ ilə bağlı Oxu.Az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, dəyişiklik bütün bazarı əhatə etməyəcək. Onun sözlərinə görə, dəyişiklik müəyyən mənada həmin avtomobillərin qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər:
"Çünki həmin şəxslərin ƏDV yükü azalacaq və onların ƏDV qədər endirim etmək imkanları yaranacaq. Tam olmasa da, müəyyən hissəsini güzəşt edə biləcəklər. Hazırda hesablama belə aparılır: tutaq ki, diler avtomobili 20 min manata alıb, 22 min manata satır. Əvvəl ƏDV 22 min manatdan hesablanırdı. Bu zaman 3 356 manat vergi yaranırdı. Belə olan halda, 20 min manata aldığı avtomobili 25-26 min manata satmalı idi. Bazarda avtomobillər nağd satıldığına görə bunu edə bilmirdi. Ona görə də nağdsız satırdılar. Burada əsas məsələ odur ki, onsuz da vergidən yayınırdılar. Dəyişikliyin əsas məqsədlərindən biri də şəffaflıq üçün imkan yaratmaqdır. İndi necə olacaq? Avtomobili 20 min manata alıb, 22 min manata satırsa, ƏDV-ni 2 min manatdan ödəyəcək. Bu məbləğin ƏDV-si isə 305 manatdır. Mətbuata verəcəyiniz üçün rəqəmi dəqiqləşdirim: əvvəl 3 356 manat ödəməli idi, indi isə 305 manat vergi ödəyəcək. Görün, 3 356 manat haradadır, 305 manat harada. Burada əsas məsələlərdən biri də bazarın rəsmiləşməsinə imkan yaratmaqdır. Əvvəllər görürdülər ki, bu şərtlərlə rəsmi qaydada sata bilməyəcəklər, ona görə də rəsmiyyətdən kənar alıb-satırdılar. Vergi yükünün azaldılması rəsmi dilerlərin nağdsız qaydada, köçürmə yolu ilə işləməsinə imkan verir". X.Kərimli əlavə edib ki, qeyd olunan addım özü çox müsbətdir: "Həm rəsmi avtomobil satışını artıracaq, həm nağdsız hesablaşmaları genişləndirəcək, həm də şəffaflığı artıracaq. Amma burada bir məqam var: əgər əvvəllər vergi ödəmirdilərsə, indi isə təxminən 300 manat vergi ödəmək zərurəti yaranacaqsa, bunun qiymətlərə təsirini o qədər də hiss etməyə bilərik. Əsas məqamlardan biri budur. Əvvəl vergi daha yüksək idi, amma həmin vergini ödəmirdilərsə, əməliyyatları gizlədirdilərsə, nağd alıb, nağd satırdılarsa, qiymətlər baxımından çox şey dəyişməyə bilər. Bu addım nağdsız hesablaşmaları artırır, vergidən yayınmanı azaldır. Burada əsas məqsəd də vergidən yayınmanı azaltmaqdır. Çünki ikinci əl avtomobil bazarında əməliyyatlar əsasən nağd aparılırdı. İndi isə nağdsız əməliyyatların həcmini artırmaq istəyirlər. Nağdsız hesablaşmaya keçəndə böyük vergi yükü yarandığı üçün bunda maraqlı olmurdular. Dilerlər də nağd alıb, nağd satır, vergidən yayınırdılar. Bu dəyişiklik həmin halları azaltmaq üçündür".

Mənbə
oxu.az