Cəmiyyət

Sosial şəbəkələrdə satılan məhsullarda təhlükəli maddə aşkarlandı - RƏSMİ AÇIQLAMA - FOTO - VİDEO

07 Jul 2026, 19:04 23 baxış
Sosial şəbəkələrdə satılan məhsullarda təhlükəli maddə aşkarlandı - RƏSMİ AÇIQLAMA - FOTO - VİDEO
Sosial şəbəkələrdə arıqlama məqsədilə reklam olunaraq satılan çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsullarında ciddi pozuntular müəyyən edilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, monitorinqlər çərçivəsində "Slimluxcoffee_ariqladici_kofe", "Vellara.baku" və "Spirulina_azerbaijan_official" "Instagram" sosial şəbəkə hesablarından əldə edilən məhsul nümunələri laborator müayinələrə cəlb olunub. Nəticələrə əsasən, "SLT Slim Lux Coffee Premium" (fındıqlı), "SLT Slim Lux Coffee Premium", "Good Lux Green Coffee", "Green Good Lux Slimming Coffee" (fındıqlı), "Green Good Lux Slimming Capsules", "Saffren Dietary Supplement", "Spirulina" "Vellara Form Coffee" və "Vellara Form Tea" məhsullarında qida məhsullarında istifadəsinə yol verilməyən insan sağlamlığı üçün təhlükəli sibutramin maddəsi aşkarlanıb. "Sibutramin ürək-damar sistemi xəstəlikləri, infarkt və insult riskini artırır, eyni zamanda, ciddi psixi pozuntulara səbəb ola bilər. Sibutraminin qida məhsullarının, eləcə də dərman vasitələrinin tərkibində istifadəsi Azərbaycanda qadağandır. Araşdırmalar zamanı müəyyən edilib ki, sözügedən məhsullar ölkəyə şəxsi istifadə məqsədilə gətirilsə də, sonradan sosial şəbəkələr üzərindən qanunsuz satışa çıxarılıb. Bu məhsulların ölkəmizə idxalına qadağa qoyulması ilə bağlı istehsalçı ölkənin səlahiyyətli qurumlarına da rəsmi müraciət ünvanlanıb. Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara, o cümlədən hüquq-mühafizə orqanlarına məktublar göndərilib. AQTA vətəndaşları sosial şəbəkələr vasitəsilə qanunsuz satılan, heç bir sənədi mövcud olmayan, mənşəyi və təhlükəsizliyi barədə etibarlı məlumat təqdim olunmayan "arıqlama" məhsullarından istifadə etməməyə çağırır", - məlumatda bildirilib. Sibutramin maddəsi aşkarlanan məhsulların siyahısını təqdim edirik:
Məhsulun adı İstehsal tarixi / Son istifadə müddəti Partiya nömrəsi İstehsalçı
1 "SLT Slim Lux Hazelnut Coffee Premium" 10.2024 - 08.2027 102024 "Ella Kozmetik" LTD ŞTİ
2 "SLT Slim Lux Coffee Premium" 04.2025 - 09.2028 012024 "Ella Kozmetik" LTD ŞTİ
3 "Good Lux Green Coffee" 04.2026 - 04.2029 042026 "Ella Kozmetik" LTD ŞTİ
4 "Green Good Lux Hazelnut Coffee" 03.2025 - 03.2028 032025 "Ella Kozmetik" LTD ŞTİ
5 "SLT SLIM LUX Coffee Premium" 01.2026 - 01.2029 012026 "Ella Kozmetik" LTD ŞTİ
6 "Green Good Lux Slimming Capsules" 01.09.2025 - 01.10.2028 4663010124 "Ella Kozmetik" LTD ŞTİ
7 "Vellara form Coffee" 10.2025 - 10.2028 102025-01 "Yaser İlaç İthalat İhracat Sanayi Ticaret" LTD
8 "Vellara form Tea" 10.2025 - 10.2028 102025-01 "Yaser İlaç İthalat İhracat Sanayi Ticaret" LTD
9 "Spirulina" 10.01.2025 - 09.01.2028 - -
10 "Saffren Dietary Supplement" 02.2025 - 02.2028 - -

{{gallery}}
Sosial şəbəkələrdə satılan məhsullarda təhlükəli maddə aşkarlandı - RƏSMİ AÇIQLAMA - FOTO - VİDEO Sosial şəbəkələrdə satılan məhsullarda təhlükəli maddə aşkarlandı - RƏSMİ AÇIQLAMA - FOTO - VİDEO Sosial şəbəkələrdə satılan məhsullarda təhlükəli maddə aşkarlandı - RƏSMİ AÇIQLAMA - FOTO - VİDEO Sosial şəbəkələrdə satılan məhsullarda təhlükəli maddə aşkarlandı - RƏSMİ AÇIQLAMA - FOTO - VİDEO Sosial şəbəkələrdə satılan məhsullarda təhlükəli maddə aşkarlandı - RƏSMİ AÇIQLAMA - FOTO - VİDEO Sosial şəbəkələrdə satılan məhsullarda təhlükəli maddə aşkarlandı - RƏSMİ AÇIQLAMA - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər