İqtisadiyyat

Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var

07 Jul 2026, 18:24 25 baxış
Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var
"Azərbaycan alüminiumu" ASC (VÖEN - 9900034091) ləğv olunduğunu elan edib. Oxu.Az Yeniavaz.com-a istinadən xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti küçəsi, ev 6 ünvanında yerləşən Azərbaycan İnvestisiya Holdinqinin inzibati binasına bildirmələri istənilir. Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 18 milyon 163 min 999 manat olan "Azərbaycan alüminiumu" ASC 2000-ci ildən fəaliyyət göstərir. Hazırda dövlət büdcəsinə 8 milyon 524 min 235 manat 25 qəpik vergi borcu olan "Azərbaycan alüminiumu" ASC-nin qanuni təmsilçisi Sədullayev Dəyanət Bayrambəy oğludur.
Mənbə oxu.az

Oxşar Xəbərlər