İqtisadiyyat
Nazirlik dəftərxana və təsərrüfat malları üçün 19 milyon manata yaxın pul ayırdı
Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi dəftərxana və təsərrüfat mallarını satın alacaq. Oxu.Az-ın məlumatına görə, sözügedən prosedura yekun vurulub. Belə ki, müxtəlif adda vəsaitlərin alınmasına 18 milyon 827 min 186 manat xərclənəcək. Sözügedən qurum bununla bağlı "Simplex" QSC ilə müqavilə imzalayıb.
Mənbə
oxu.az