Cəmiyyət

Valideynlər üçün SOS: Uşaqlara ən pis təsir edən məzmunlar - VİDEO

07 Jul 2026, 18:00 35 baxış
Valideynlər üçün SOS: Uşaqlara ən pis təsir edən məzmunlar - VİDEO
Azərbaycanda qanunvericiliyə təklif edilən dəyişikliyə əsasən, 16 yaşınadək uşaqların sosial şəbəkələrdə şəxsi hesab açması qadağan edilir. 16-18 yaş arası gənclər isə platformalarda yalnız valideyn və ya qanuni nümayəndələrinin razılığı ilə qeydiyyatdan keçə bilərlər. Məsələ ilə bağlı Oxu.Az-a danışan uşaq psixoloqu Leyla Hacıyeva qeyd edib ki, azyaşlıların sosial şəbəkədən istifadəsi zamanı valideynlər tam nəzarəti bərpa edə bilmirlər. O qeyd edib ki, uşaqlar yaşlarına uyğun olmayan məzmunlarla qarşılaşırlar: "Bu da onların psixoloji, sosial inkişafına mənfi təsir edir. Ekran müddətinin uzun olması uşaqlarda öyrənmə qabiliyyətinin azalmasına, diqqətin zəifləməsinə gətirib çıxarır". Daha ətraflı videomaterialda:
Mənbə oxu.az

Oxşar Xəbərlər