Cəmiyyət
Bakıda QƏZA: Traktor və iki avtomobil toqquşdu - FOTO
Bakı şəhəri, Xəzər rayonu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Oxu.Az-ın qaynar xəttinə məlumat daxil olub. Verilən məlumata görə, hadisə Qala-Şüvələn-Pirallahı avtomobil yolunda qeydə alınıb. Belə ki, qəza zamanı traktor, "Toyota Land Cruiser" və "Changan" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması hələlik məlum deyil.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az