Cəmiyyət

2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq

07 Jul 2026, 16:28 36 baxış
2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması həyata keçiriləcək.


Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin fərmanında qeyd olunub.


Fərmana əsasən, Azərbaycan Respublikasında 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.


Fərmana əsasən, əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər