Dünya

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb

07 Jul 2026, 15:48 32 baxış
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
6 iyul gecəsi Rusiyanın Kiyevə raket zərbələri nəticəsində ölənlərin sayı artıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "RBC-Ukrayna" Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinə istinadən məlumat verir. Məlumata görə, hücumun qurbanlarının ümumi sayı 19 nəfərə çatıb. Dağıntıların təmizlənməsi işləri davam edir. Xatırladaq ki, iyulun 6-da gecə Rusiya qoşunları raketlər və hücum dronlarından istifadə etməklə, Ukraynaya kombinə olunmuş hücuma həyata keçiriblər. Ən çox dağıntılar Kiyev vilayəti və Vişnevo bölgələrində olub. Paytaxt Kiyevdə ən çox ziyan Podilski və Darnitski rayonlarına dəyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər