Cəmiyyət
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
"Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu üzrə gündüz reyslərinin açılması barədə məlumatlar həqiqəti əks etdirmir". Oxu.Az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib. O bildirib ki, bu istiqamətdə heç bir iş görülmür: "Hazırda yalnız gecə reysləri üzrə bilet satışları həyata keçirilir. Gündüz reyslərinin açılması ilə bağlı məsələ müzakirə edilmir".
Mənbə
oxu.az