Cəmiyyət

Tiflisə getmək istəyənlərə daha bir sevindirici xəbər

07 Jul 2026, 15:46 30 baxış
Tiflisə getmək istəyənlərə daha bir sevindirici xəbər

Bakı-Tiflis-Bakı marşrutu üzrə gündüz reyslərinin açılması ilə bağlı işlər aparılmır.


Axar.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.


Onun sözlərinə görə, hazırda yalnız bir qatar hərəkətdədir və həmin qatarın tərkibinə əlavə vaqonların qoşulması ilə bağlı işlər aparılır:


"Tiflisdən Bakıya hərəkət edən qatara tələbat daha yüksəkdir. Azərbaycana daxil olmaq yalnız təyyarə və qatar yolu ilə olduğundan, Tiflis-Bakı istiqaməti üzrə daha çox tələbat var".


A.Fərəcov qeyd edib ki, bu günə olan məlumata görə, yalnız Tbilisidən 6 000-dən yuxarı sərnişin artıq qatara minib və istifadə edib: "Bu göstərici Bakıdan 5 000 yuxarıdır".

Mənbə axar.az

Oxşar Xəbərlər