Dünya
Bir gecədə 430 dron: Moskvaya son iki ilin ən böyük PUA hücumu olub - VİDEO
Ukrayna Silahlı Qüvvələrinin Moskvaya PUA (pilotsuz uçuş aparatı - dron) hücumu cəhdi son iki ildə ən böyük hücum olub. Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS agentliyi şəhər meri Sergey Sobyaninə istinadən məlumat verib. Sobyaninin sözlərinə görə, iyulun 6-sı axşamdan 7-si səhər saat 6:00-dək (Bakı vaxtı ilə 7:00) Moskva bölgəsinə doğru 430-dan çox PUA atılıb.
PUA-ların əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən uzaq məsafədən zərərsizləşdirilib, 36-sı isə Moskvaya yaxınlaşdığı zaman məhv edilib. Xatırladaq ki, iyulun 4-də 24 saat ərzində paytaxt regionuna doğru 200-dən çox dronun uçduğu və onların əksəriyyətinin uzaq məsafədən vurulduğu bildirilmişdi.

Mənbə
oxu.az