Dünya

Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar olub - VİDEO

07 Jul 2026, 11:47 35 baxış
Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar olub - VİDEO
Fransa Prezidenti Emmanuel Makronun səfəri zamanı Dəməşqdə partlayış səsləri eşidilib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat verir.

Məlumata görə, Suriyanın paytaxtı Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayıcı qurğular işə düşüb. Partlayışdan sonra yollar bağlanıb və təhlükəsizlik tədbirləri görülüb. "Reuters"in şahidi ətraf ərazidə partlayış səsləri eşidib və tüstü qalxdığını görüb. Qeyd edək ki, Makron Suriya prezidenti Bəşər Əsədin devrilməsindən bəri Dəməşqə səfər edən Avropa İttifaqının ilk böyük nümayəndəsidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər