İqtisadiyyat

Qlobal bazarda neft bahalaşdı

07 Jul 2026, 11:56 25 baxış
Qlobal bazarda neft bahalaşdı
Dünya bazarında neftin bahalaşması müşahidə olunub. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:13-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.57 dollar (0.79%) artaraq bir barel üçün 72.56 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent"in qiyməti 0.13 dollar (0.2%) ucuzlaşaraq bir barel üçün 71.99 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin dəyəri 0.52 dollar (0.76%) artaraq bir barel üçün 69.07 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 0.14 dollar (0.2%) ucuzlaşaraq bir barel üçün 68.55 dollara satılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər