Türkiyənin NATO-dakı liderliyi... - Rutte
Biz Arkanzasdan Ankaraya qədər geniş məkanda müdafiə sektoruna investisiyalar yolu ilə NATO ölkələrini gücləndirməkdə qərarlıyıq.
Axar.az xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rutte Ankarada Alyansın 36-cı Dövlət və Hökumət Başçıları sammitinin açılışına həsr olunmuş mətbuat konfransında bildirib.
“Keçən il Haaqada çox şeyə nail olduq və indi razılaşmaları həyata keçirməliyik. Bütün NATO ölkələri müdafiə xərclərinin ÜDM-in 5 faizi hədəfinə nail olması istiqamətində irəliləməlidirlər”, - deyə o qeyd edib.
Rutte həmçinin Ankaranın alyans üçün əhəmiyyətini vurğulayıb:
“Türkiyənin NATO-dakı liderliyi bizim üçün mühüm əhəmiyyət kəsb edir. Müdafiə sənayesi sayəsində Türkiyə bir çox digər NATO müttəfiqlərinə dəstək göstərir”.