Digər

Dünyanın ən bahalı şəhərləri hansılardır? - Siyahı

05 Jul 2026, 22:00 2 baxış
Dünyanın ən bahalı şəhərləri hansılardır? - Siyahı

"Numbeo" xidməti dünyada yaşayış dəyərinə görə şəhərlərin yeni reytinqini dərc edib. 547 şəhəri əhatə edən siyahıda maraqlı nəticələr qeydə alınıb.


Axar.az xəbər verir ki, dünyanın ən bahalı şəhəri İsveçrənin Sürix şəhəridir.


İkinci pillədə Corctaun (Kayman adaları), üçüncü yerdə isə yenə İsveçrənin Lütsern şəhəri yer alır.


İndeks hesablanarkən ərzaq məhsulları, kafe və restoranlarda qidalanma, nəqliyyat, kommunal xidmətlər və digər gündəlik xərclər nəzərə alınıb. Maraqlıdır ki, bu hesablamaya mənzil kirayəsi, ipoteka və daşınmaz əmlakın alış qiymətləri daxil edilməyib.


Dünyanın ən məşhur paytaxtları "ilk onluq"dan kənarda qalıb: Təl-Əviv 11-ci, London 24-cü, Paris 49-cu, Berlin isə 101-ci pillədə qərarlaşıb.

Mənbə axar.az

Oxşar Xəbərlər