Digər

ABŞ itkin düşən hərbçinin axtarışlarını dayandırdı

05 Jul 2026, 22:11 1 baxış
ABŞ itkin düşən hərbçinin axtarışlarını dayandırdı

ABŞ Hərbi Dəniz Qüvvələri Ərəbistan dənizində helikopterin qəzaya uğramasından sonra itkin düşən hərbçinin axtarış-xilasetmə əməliyyatını dayandırıb.


Axar.az xəbər verir ki, bu barədə ABŞ HDQ-nin məlumatında deyilir.


Məlumata görə, hərbçilər 102 saatdan artıq davam edən axtarışlar zamanı 36 min kvadratkilometrdən çox ərazini yoxlayıblar.


Qeyd edək ki, qəzaya uğrayan helikopter ABŞ-ın "Corc H.W. Buş" adlı aviadaşıyıcının tərkibində fəaliyyət göstərirdi. Qəza zamanı ekipajın dörd üzvündən üçü xilas edilmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər