Dünya
ABŞ-də bayram şənliyində gözlənilməz an: Paraşütçü pivə çadırının üstünə düşdü - VİDEO
ABŞ-nin Kaliforniya ştatında Müstəqillik Günü münasibətilə keçirilən bayram tədbiri zamanı paraşütçü pivə çadırının üzərinə düşüb. Oxu.Az xəbər verir ki, bu barədə "ABC7 News" məlumat yayıb. Hadisə Folsom şəhərində keçirilən şənlik zamanı baş verib. Bir kişi ABŞ bayrağının rənglərini əks etdirən paraşütlə havaya qalxıb.
Paraşütçü yerə enməyə başlayarkən daşıdığı nəhəng bayraq ağaca ilişib. Nəticədə o, nəzərdə tutulan eniş istiqamətindən yayınaraq arenadan kənarda sərt eniş edib və pivə çadırının üzərinə çırpılıb. Bildirilib ki, insident nəticəsində paraşütçü xəsarət almayıb.

Mənbə
oxu.az
Oxşar Xəbərlər