Dünya

Moskvada inanılmaz hadisə: Donuza görə boşanırlar

05 Jul 2026, 03:00 2 baxış
Moskvada inanılmaz hadisə: Donuza görə boşanırlar
Moskvada bir ailədə toy ildönümündə hədiyyə edilən mini-donuzun evlilik münasibətlərinin pozulmasına səbəb olduğu iddia edilir. Oxu.Az "Baza" "Telegram" kanalına istinadən xəbər verir ki, hədiyyə edilən "mini-piq" zaman keçdikcə təxminən 50 kiloqrama qədər böyüyərək evdə ciddi problemlər yaradıb. Məlumata görə, "Xavronya" adlı donuz mebelləri zədələməyə başlayıb, hətta ər-arvadın yatağında yer tutub. Bu isə cütlük arasında davamlı mübahisələrə səbəb olub. Qadın heyvanın fermaya və ya zooparka verilməsini təklif etsə də, həyat yoldaşı bununla razılaşmayıb. Nəticədə qadın ərinə "Ya mən, ya da donuz" ultimatumu verib. Kişi isə donuzu seçərək həyat yoldaşından boşanmaq qərarına gəlib. Hazırda cütlüyün boşanma prosesi davam edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər