Dünya
Venesuelada zəlzələ qurbanlarının sayı üç minə yaxınlaşıb
İyunun 24-də Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 2 954 nəfərə çatıb. Oxu.Az xəbər verir ki, bu barədə Bolivar Respublikasının İnformasiya və Rabitə Nazirliyi "Telegram" kanalında məlumat yayıb. Nazirliyin açıqlamasına görə, zəlzələ nəticəsində 16 592 nəfər xəsarət alıb, 16 309 nəfər isə evsiz qalıb. Təbii fəlakət nəticəsində 190 bina tamamilə dağılıb, 856 bina isə ciddi zədələnib. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib. Bundan əlavə, 22 445 nəfər xəstəxana və digər tibb müəssisələrində müalicə alıb. Ümumilikdə 86 794 zərərçəkmiş ailəyə yardım göstərilib, onlara 9 486 ton ərzaq çatdırılıb. Xatırladaq ki, zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7.2 və 7.5 maqnitudalı iki güclü yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib.
Mənbə
oxu.az