Dünya

ABŞ gələcəyə mesaj göndərdi: Zaman kapsulu 250 il sonra açılacaq - VİDEO

05 Jul 2026, 00:48 2 baxış
ABŞ gələcəyə mesaj göndərdi: Zaman kapsulu 250 il sonra açılacaq - VİDEO
ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə Filadelfiyada gələcək nəsillər üçün nəzərdə tutulmuş zaman kapsulu torpağa basdırılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalına istinadən məlumat yayılıb.

1776-cı ildə ABŞ-nin Müstəqillik Bəyannaməsinin qəbul edildiyi Filadelfiyada təxminən 400 kiloqram çəkisi olan, paslanmayan poladdan hazırlanmış silindr formalı kapsul 4.5 metr dərinlikdə torpağa basdırılıb. ABŞ-nin bütün ştatları, iri Amerika təşkilatları, Konqres Kitabxanası, Ali Məhkəmə və müxtəlif idman assosiasiyaları kapsula fərqli eksponatlar təqdim ediblər. 2276-cı ildə, yəni 250 il sonra açılması planlaşdırılan kapsulun içərisində qubernatorların məktubları, "iPhone 17 Pro Max" smartfonu, xatirə sikkələri, süni intellektin gələcəklə bağlı proqnozları, ABŞ bayraqları, açıqcalar və fotoşəkillər yerləşdirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər