Fərqli qitələrdə yaşasaq da, güclü bir bağ var - Netanyahu
Fərqli qitələrdə yaşasaq da, ortaq taleyimiz olduğuna görə aramızda güclü bir bağ var.
Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu X hesabında bildirib.
“Bilirik ki, azadlıq heç vaxt havayı verilmir. O, daim alınmalı, daim müdafiə olunmalıdır. ABŞ müasir dünyanın tanıdığı ən böyük azadlıq qüvvəsi olub. İsrail sizin tərəfinizdə durmaqdan qürur duyur. Çünki birliyimiz yalnız ortaq maraqlar üzərində deyil, həm də ortaq dəyərlər üzərində qurulub", - deyə Netanyahu qeyd edib.
Onun fikrincə, bu gün bu dəyərlər hücum altındadır:
“Üzləşdiyimiz tiranlar Amerikaya və İsrailə ölüm şüarları səsləndirirlər. Onlar azadlığın və demokratiyanın zəif olduğunu düşünürlər. ABŞ və İsrail bir arada olduqda azadlıq daha güclü olur”.