Dünya

Merts onu tənqid edənləri "deyingən" adlandırdı

04 Jul 2026, 23:48 1 baxış
Merts onu tənqid edənləri "deyingən" adlandırdı
Almaniya kansleri Fridrix Merts hökumətin islahat kursunu dəstəklədiyini bəyan edib və tənqidçilərin kənara çəkilməli olduğunu bildirib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, kansler bu fikirləri Düsseldorfda keçirilən Xristian-Demokrat İttifaqının (XDI) yerli təşkilatının qurultayında səsləndirib. "Kultural pessimistlər, fəlakət carçıları, deyingənlər, şikayətçilər, qəzəbli peşəkar tənqidçilər - kənara! Biz ümid və nikbinliklə işə başlayırıq və ölkəmizi yenidən layiq olduğu səviyyəyə yüksəldəcəyik", - deyə Merts bildirib. Kansler Almaniyanın gələcəyinə nikbin baxdığını bir daha vurğulayıb. "Ən yaxşı illər arxamızda qalmayıb. Hər şeyi düzgün etsək, ən yaxşı illər hələ qarşıdadır", - deyə o qeyd edib. Xatırladaq ki, Almaniya hökuməti bu həftə sosial və vergi sahələrini əhatə edən genişmiqyaslı islahat paketini təqdim edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər