Digər

Yeni təhlükəsizlik zolağı bu ərazilərdən keçəcək

04 Jul 2026, 23:15 3 baxış
Yeni təhlükəsizlik zolağı bu ərazilərdən keçəcək

Yeni təhlükəsizlik zolağı Sum, Dnepropetrovsk və Xarkov vilayətlərinin ərazisindən keçəcək.


Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev "Maks" kanalına bildirib.


"Həqiqət gec-tez öz yolunu tapacaq", – bu sözləri o, Rusiya qoşunlarının Konstantinovkanı nəzarətə götürməsi ilə bağlı Ukraynanın və onu dəstəkləyən ölkələrin reaksiyasını şərh edərkən vurğulayıb.


Qeyd edək ki, daha öncə rus ordusunun Donetsk vilayətinin Konstantinovka şəhərini tamamən nəzarətə götürdüyü xəbəri yayılıb. Ukrayna isə bu məlumatı təkzib edib.

Mənbə axar.az

Oxşar Xəbərlər