İdman

“Neftçi” Dünya Qadın Seriyasının çempionu oldu

05 Jul 2026, 00:16 3 baxış
“Neftçi” Dünya Qadın Seriyasının çempionu oldu

“Neftçi” klubu 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Marsel mərhələsinin qalibi olub.


Axar.az xəbər verir ki, iyulun 3-4-də Fransanın Marsel şəhərində keçirilən Dünya Qadın Seriyasının növbəti mərhələsində ölkəmizi təmsil edən “Neftçi” qrupu lider kimi başa vuraraq 1/4 finala yüksəlib.


Paytaxt təmsilçisi 1/4 finalda Uqanda millisini 18:15, yarımfinalda isə Fransa yığmasını 14:10 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.


Həlledici görüşdə Kanada yığması ilə qarşılaşan “Neftçi” gərgin mübarizə şəraitində keçən oyunda rəqibini 15:9 hesabı ilə məğlub edərək Marsel mərhələsinin çempionu olub.


Turnirin ən dəyərli basketbolçusu (MVP) “Neftçi” klubunun və Azərbaycan millisinin üzvü Arika Karter seçilib.

Mənbə axar.az

Oxşar Xəbərlər