Dünya

Çində daşqınlar nəticəsində 2 nəfər həyatını itirib

04 Jul 2026, 22:48 2 baxış
Çində daşqınlar nəticəsində 2 nəfər həyatını itirib
Çinin şimalında yağan güclü leysan yağışlarının səbəb olduğu sel və daşqınlar nəticəsində azı iki nəfər həyatını itirib. Oxu.Az "Xinhua" agentliyinə istinadən xəbər verir ki, hadisə Daxili Monqolustan Muxtar Rayonunun Tunlyao şəhərinin inzibati tabeliyində olan kənd ərazilərində baş verib. Məlumata görə, intensiv yağıntılar bölgədə sel sularının səviyyəsinin kəskin yüksəlməsinə səbəb olub. Nəticədə insan tələfatı qeydə alınıb. Çin rəsmiləri zərərçəkənlərə lazımi yardımın göstərildiyini bildiriblər. Qeyd olunur ki, yay aylarında güclü yağışlar Çinin bir çox bölgəsində, o cümlədən Pekində mütəmadi olaraq daşqınlara, dağıntılara və insan tələfatına səbəb olur.
Mənbə oxu.az

Oxşar Xəbərlər