Dünya

Şahzadə Uilyamdan etiraf: "Kral III Çarlz futbola nifrət edir"

04 Jul 2026, 20:48 2 baxış
Şahzadə Uilyamdan etiraf: "Kral III Çarlz futbola nifrət edir"
İngiltərə taxt-tacının varisi, Uels şahzadəsi Uilyam etiraf edib ki, İngiltərə futbolun vətəni hesab olunsa da, atası Kral III Çarlz bu idman növünü sevmir. Oxu.Az xəbər verir ki, bu barədə o, ABŞ Milli Futbol Liqasının (NFL) oyunçusu Trevis Kelsinin podkastında danışıb. Veriliş idmançının müğənni Teylor Sviftlə toyundan cəmi bir neçə saat əvvəl yayımlanıb. "Qətiyyən yox. Atam futbola nifrət edir", - deyə şahzadə Uilyam futbol sevgisini atasından miras alıb-almadığı ilə bağlı sualı cavablandırarkən bildirib. Söhbətin əsas mövzusu Şimali Amerikada keçiriləcək futbol üzrə 2026-cı il dünya çempionatı olub. Qeyd edək ki, Uels şahzadəsi İngiltərə Premyer Liqasında çıxış edən "Aston Villa" klubunun sadiq azarkeşidir. O, eyni zamanda İngiltərə millisinin kapitanı Harri Keynin də böyük pərəstişkarı kimi tanınır.
Mənbə oxu.az

Oxşar Xəbərlər