Dünya

Günəşdə səkkiz güclü partlayış baş verib

04 Jul 2026, 18:12 2 baxış
Günəşdə səkkiz güclü partlayış baş verib
İyulun 4-də Günəşdə səkkiz güclü partlayış baş verib. Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi Rusiyanın Tətbiqi Geofizika İnstitutunun (TGİ) açıqlamasına istinadən məlumat yayıb. İyulun 4-ü Moskva vaxtı ilə 03:00-dan etibarən (Bakı vaxtı ilə 04:00-da) Günəşdə davametmə müddəti 15-36 dəqiqə aralığında dəyişən, M1.1 və M4.1 dərəcələri arasında partlayışlar baş verib. İnstitutun məlumatına əsasən, ötən bir sutka ərzində müşahidə edilən maqnit qasırğasının gücü G3 səviyyəsinə yüksəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər