Digər
İstanbuldan uçan təyyarə qəza siqnalı verdi
İstanbuldan Mineralnıye Vodıya uçan təyyarə Qara dəniz üzərində qəza siqnalı verib.
Axar.az xəbər verir ki, Rusiyanın “Azimut” aviaşirkətinə məxsus A46074 reysi bortda yarandığı ehtimal olunan texniki nasazlıq səbəbindən İstanbula geri dönmək qərarı verib.
Təyyarə İstanbul hava limanına təhlükəsiz eniş edib.
Qeyd edək ki, “Sukhoi Superjet” tipli təyyarə 103 sərnişin daşımaq imkanına malikdir.
Mənbə
axar.az