Digər
Zelenskinin bu adı verməsi uğursuz qərardır - Tusk
Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkənin Silahlı Qüvvələrinin bölmələrindən birinə "UPA qəhrəmanları" (İkinci Dünya müharibəsində "UPA qəhrəmanları" adlanan ukraynalı üsyançılar polyakların kütləvi qətllərində ittiham olunurlar - red.) adının verilməsi uğursuz qərardır.
Axar.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
"Prezident Zelenskinin bu uğursuz qərarından sonra Ukraynanın ilk addımı atacağını gözləyirik. Ukraynadan çox aydın bir mesaj eşitmək yaxşı olardı”, - Tusk qeyd edib.
Mənbə
axar.az