Digər

Kalinin öldü - Rusiyanın əsas İT biznesmenlərindən idi

04 Jul 2026, 18:20 2 baxış
Kalinin öldü - Rusiyanın əsas İT biznesmenlərindən idi

İT şirkəti olan "Aquarius"un keçmiş prezidenti və Rusiya İT bazarının qurucularından sayılan Aleksandr Kalinin 71 yaşında vəfat edib.


Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "IT Channel News" məlumat yayıb. Nəşr sahibkarın nümayəndəsinə istinad edib.


Kalinin ölüm səbəbi hələlik açıqlanmayıb.


Qeyd edək ki, Aleksandr Kalinin 1955-ci ildə Moskvada anadan olub. O, Moskva Mühəndislik Fizika İnstitutunu (MİFİ) bitirib və doktorluq dissertasiyasını müdafiə edib. 1978-ci ildən 1993-cü ilə qədər KQB-də xidmət edib, daha sonra Dövlət Rabitəsi və İnformasiya Agentliyində (FAPSI) çalışıb. O daha sonra bir neçə mühüm şirkətə rəhbərlik edib. Məşhur biznesmen 2020-ci ildə həbs olunmuşdu.

Mənbə axar.az

Oxşar Xəbərlər