Dünya
Sankt-Peterburqa kütləvi PUA hücumu: Neft terminalında yanğın baş verib - FOTO - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhəri hərbi təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) genişmiqyaslı hücumuna məruz qalıb. Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə şəhərin qubernatoru Aleksandr Beqlov şəxsi "Telegram" kanalında bildirib. Qubernator bildirib ki, hazırda hava hücumundan müdafiə (HHM) sistemləri fəaliyyət göstərir. A.Beqlov şəhər əhalisinə dron təhlükəsi aradan qaldırılana qədər mənzillərini tərk etməməyi və çölə çıxmamağı məsləhət görüb. O, həmçinin mobil internetdə fasilələrin ola biləcəyini qeyd edib. Yerli "Bumaqa" adlı nəşrin məlumatına əsasən, şəhər ərazisində partlayış səsləri eşidilməkdədir və səmada tüstü dumanı müşahidə edilir. Qeyd olunur ki, Kirov rayonu ərazisindəki Peterburq Neft Terminalında yanğın başlayıb. Orada iyunun 3-də - Peterburq Beynəlxalq İqtisadi Forumunun açıldığı gün hücumdan sonra artıq böyük yanğın olmuşdu.
Sosial platformalarda paylaşılan görüntüləri araşdıran "Astra" nəşri də oxşar nəticəyə gəlib. Yayılan videolardan birində liman yaxınlığındakı ehtiyat dəmiryol xətlərində olan sisternin yandığı aydın görünür. Adı çəkilən Peterburq Neft Terminalı Sankt-Peterburqun Böyük limanına çox yaxın məsafədə fəaliyyət göstərir. Bu obyekt neft və müvafiq məhsulların boru kəmərləri, eləcə də dəniz və dəmiryolu vasitələri ilə daşınmasını təmin etmək üçün nəzərdə tutulub. Öz növbəsində, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bölgə səmasında Ukraynaya məxsus 67 ədəd PUA-nın məhv edildiyini açıqlayıb. Vurulan aparatların qalıqlarının isə Vısotsk limanı ərazisinə səpələndiyi vurğulanıb.

Mənbə
oxu.az