Dünya

İsveçrə buzlaqları anomal istilər səbəbindən vaxtından əvvəl əriməyə başlayıb

04 Jul 2026, 08:32 2 baxış
İsveçrə buzlaqları anomal istilər səbəbindən vaxtından əvvəl əriməyə başlayıb
Bu yay Avropada müşahidə olunan anomal istilər Alp dağlarından da yan keçməyib. Oxu.Az xəbər verir ki, bu barədə alimlərin açıqlamalarına istinadən "Reuters" agentliyi məlumat yayıb. Tədqiqatçıların sözlərinə görə, İsveçrənin cənubundakı Rona buzlağında iyunun 29-da "buzlaqların ərimə dövrü" başlayıb. Bu, qış ərzində toplanan qarın əriməsi və buzlaqların alt qatlarının yox olmağa başlaması prosesidir. İsveçrə buzlaqlarının vəziyyətinin monitorinqi proqramının (GLAMOS) rəhbəri Mattias Huss qeyd edib ki, ilin bu dövründə buzlaqlar olduqca acınacaqlı vəziyyətdədir: "Mövcud durum rekord dərəcədə isti keçən 2022-ci ildəki qədər kritikdir", - deyə o vurğulayıb. Xatırladaq ki, iyun ayı demək olar ki, bütün Avropa üçün qeyri-adi dərəcədə isti keçib. Bir çox Avropa ölkəsində havanın temperaturu 40 dərəcəni ötüb. Qitədə kəskin isti hava səbəbindən ölüm halları da qeydə alınır.
Mənbə oxu.az

Oxşar Xəbərlər