Dünya

ABŞ sahillərində qeyri-adi hadisə: "Bənövşəyi suiti" görənləri təəccübləndirdi - FOTO

04 Jul 2026, 06:36 2 baxış
ABŞ sahillərində qeyri-adi hadisə: "Bənövşəyi suiti" görənləri təəccübləndirdi - FOTO
ABŞ-nin Kaliforniya ştatında yerləşən Anyo-Nuevo Milli Parkının ərazisində qeyri-adi görünüşə malik dəniz heyvanı aşkarlanıb. Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, sahildə görünən bənövşəyi rəngli suiti yerli əhalinin təəccübünə səbəb olub. Heyvanın sosial şəbəkələrdə yayılan fotoları böyük maraqla qarşılanıb. İstifadəçilər bunun genetik mutasiya, yaxud ətraf mühitin çirklənməsinin nəticəsi ola biləcəyi barədə müxtəlif fərziyyələr irəli sürüblər. Lakin mütəxəssislər məsələyə aydınlıq gətiriblər. Onların sözlərinə görə, hadisənin səbəbi olduqca sadədir: yazın sonlarında suitilərin tükdəyişmə dövrü başlayır. Bu müddətdə heyvanlar sahilə atılmış qırmızı yosunların üzərində çox vaxt keçirirlər. Yosunların tərkibindəki təbii piqmentlər isə heyvanların yeni çıxan tüklərini müvəqqəti olaraq tünd bənövşəyi rəngə boyayır. Tədqiqatçılar vurğulayıblar ki, bu rənglənmə heyvan üçün tamamilə zərərsizdir və tüklər yeniləndikcə zamanla öz-özünə yox olur. Qeyd edək ki, hər il çoxalma və tükdəyişmə prosesi üçün 10 minə yaxın dəniz fili Anyo-Nuevo parkının sahillərinə gəlir. Mütəxəssislər bildirirlər ki, bu dərəcədə tünd və nəzərəçarpan rəngə malik fərdlə rastlaşmaq nadir hadisə hesab olunur.
{{gallery}}
ABŞ sahillərində qeyri-adi hadisə: "Bənövşəyi suiti" görənləri təəccübləndirdi - FOTO ABŞ sahillərində qeyri-adi hadisə: "Bənövşəyi suiti" görənləri təəccübləndirdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər