Dünya

Cənubi Koreyada bank meneceri 45 min dolları oyun pulları ilə əvəz edib

04 Jul 2026, 07:00 2 baxış
Cənubi Koreyada bank meneceri 45 min dolları oyun pulları ilə əvəz edib
Cənubi Koreyada bank rəhbərlərindən biri 45 min dollar vəsaiti oğurlayaraq, onları seyfdə əvvəlcədən aldığı oyun pulları ilə əvəzləyib. Oxu.Az xəbər verir ki, bu barədə "Oddity Central" məlumat yayıb. Hadisə əməkdaşlardan birinin bank rəhbərinin şübhəli davranışlarını müşahidə etməsi ilə üzə çıxıb. Əməkdaş vəziyyəti rəhbərliyin diqqətinə çatdırıb və aparılan yoxlamadan sonra həmin şəxs vəzifəsindən uzaqlaşdırılıb. İlkin məlumatlara görə, rəhbər oğurladığı bütün vəsaiti geri qaytarıb. Bank isə məsələni hüquq-mühafizə orqanlarına müraciət etmədən daxili qaydada həll edib. Bildirilir ki, istifadə olunan "oyun pulları"nın üzərində ördək, ayı və digər heyvan təsvirləri olub və onlar real əsginaslardan tamamilə fərqlənib. Ehtimala görə, bu cinayət sxemi kiçik bir filialda həyata keçirilib və seyfə yalnız bir nəfər nəzarət edib.
{{gallery}}
Cənubi Koreyada bank meneceri 45 min dolları oyun pulları ilə əvəz edib Cənubi Koreyada bank meneceri 45 min dolları oyun pulları ilə əvəz edib
Mənbə oxu.az

Oxşar Xəbərlər