Dünya

Moskva aeroportunda nadir tısbağaların qaçaqmalçılığına cəhdin qarşısı alınıb

04 Jul 2026, 05:32 2 baxış
Moskva aeroportunda nadir tısbağaların qaçaqmalçılığına cəhdin qarşısı alınıb
Rusiyanın Federal Gömrük Xidmətinin əməkdaşları Moskvanın Domodedovo hava limanında 476 baş nadir Orta Asiya tısbağasının qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını alıblar. Oxu.Az xəbər verir ki, bu barədə TASS Rusiyanın Federal Gömrük Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, dəyəri üç milyon rubldan (66.3 min manatdan çox) artıq olan tısbağaları Tacikistandan qanunsuz yolla ölkəyə gətirməyə çalışan Rusiya vətəndaşı saxlanılıb. Gömrük əməkdaşları həmin şəxsi "yaşıl dəhliz"dən keçərkən içərisində canlı heyvanlar olan iki qutu ilə aşkar ediblər. Saxlanılan şəxs tısbağaları internet mağazaları vasitəsilə satmağı planlaşdırdığını və bunun sınaq partiyası olduğunu bildirib. Qurumdan verilən məlumata görə, həmin şəxsin sürünənlərlə bağlı heç bir icazə sənədi olmayıb. Müsadirə edilən tısbağalar sonradan Moskva Zooparkının nadir heyvan növlərinin mühafizəsi mərkəzinə təhvil verilib. Qeyd edək ki, Orta Asiya çöl tısbağası Nəsli kəsilmək təhlükəsi altında olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya (CITES) ilə mühafizə olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər