Dünya
Dünyanın ən xoşbəxt ölkələri açıqlanıb
Dünyanın ən rahat və xoşbəxt 25 ölkəsi müəyyən edilib. Oxu.Az xəbər verir ki, reytinq 140-dan çox ölkənin sakinlərinin rifah səviyyəsinin qiymətləndirildiyi beynəlxalq "Gallup World Poll" sorğusunun nəticələri əsasında hazırlanıb. 2026-cı il üzrə Dünya Xoşbəxtlik Hesabatına daxil edilən araşdırmanın nəticələrinə görə, lider mövqeləri yenidən Şimali Avropa ölkələri tutublar. Bununla belə, ilk beşlikdə diqqətçəkən dəyişiklik baş verib. Reytinqdə birinci yeri yenidən Finlandiya tutaraq liderliyini qoruyub. İkinci yerdə İslandiya, üçüncü yerdə isə əvvəllər dəfələrlə reytinqə başçılıq etmiş Danimarka yer alıb. Bu regiondan kənarda ilk beşliyə düşən yeganə ölkə Kosta-Rika olub. Göstəricilərini sabit şəkildə yaxşılaşdıran ölkə dördüncü pilləyə yüksəlib. İlk beşliyi İsveç tamamlayıb. Beləliklə, ilk beş mövqedən dördü yenidən Şimali Avropa ölkələrinin payına düşüb. Araşdırmanın əsasını "Gallup World Poll" sorğusunun nəticələri və aşağıdakı meyarlar təşkil edir: sağlam həyatın gözlənilən uzunluğu; sosial dəstəyin səviyyəsi; şəxsi azadlıq dərəcəsi; insanların başqalarına kömək etməyə hazırlığı; həyat keyfiyyətindən ümumi məmnunluq.
Mənbə
oxu.az