Dünya

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb: 40 nəfər yaralanıb

04 Jul 2026, 01:00 2 baxış
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb: 40 nəfər yaralanıb
Türkiyədə İstanbuldan İraqa hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 40 nəfər xəsarət alıb. Yaralananlar arasında uşaqlar da var. Oxu.Az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb. Hadisə Ankara-Niğde magistral yolunun Aksaray şəhəri yaxınlığından keçən hissəsində baş verib. İlkin araşdırmalara görə, sürücü idarəetməni itirib və nəticədə avtobus yoldan çıxaraq aşıb. Avtobusda olan 37 sərnişin, iki sürücü və bir bələdçi ilkin tibbi yardım göstərilməsi üçün Aksaraydakı xəstəxanalara yerləşdiriliblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər