Cəmiyyət

Tarixi binanın damı qəzalı vəziyyətdədir: Sakinlər üçün TƏHLÜKƏ - FOTO - VİDEO

03 Jul 2026, 16:36 1 baxış
Tarixi binanın damı qəzalı vəziyyətdədir: Sakinlər üçün TƏHLÜKƏ - FOTO - VİDEO
Bakının Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 18 ünvanında yerləşən, dövlət tərəfindən mühafizə olunan XIX əsrə aid tarix-memarlıq abidəsinin qəzalı vəziyyətdə olduğu bildirilir. Oxu.Az-ın qaynar xəttinə müraciət edən sakin bildirib ki, uzun müddətdir binanın dam örtüyü yararsız haldadır. Onun sözlərinə görə, hər güclü yağışdan sonra mənzilə su axır.

Şikayətçi qeyd edib ki, mənzil binanın sonuncu mərtəbəsində yerləşdiyindən yağıntı düşəndə otaqların müxtəlif hissələrinə vedrələr və ləyənlər qoymağa məcbur qalırlar. Sakinin sözlərinə görə, anası uzun illər pediatr kimi fəaliyyət göstərib. Hazırda isə ağır əməliyyat keçirərək kimyaterapiya müalicəsi alır. Bu halına rəğmən yağış yağanda zamanı damdan axan su ilə mübarizə aparmalı olur. Müraciətdə ailədə I qrup əlilliyi olan şəxsin də yaşadığı vurğulanıb. Qeyd olunub ki, mənzildə yaranan rütubət, elektrik xətlərinin islanması və ümumi qəzalı vəziyyət onun təhlükəsizliyi üçün ciddi risk yaradır.


Sakin iddia edir ki, problem yalnız onların mənzili ilə məhdudlaşmır. Belə ki, binanın giriş hissəsində tavan örtüyünün bir hissəsi artıq çöküb və yeni uçqun baş verə bilər. Bu isə hər an sakinlərin həyatı və sağlamlığı üçün real təhlükə yaradır. Müraciətdə qeyd olunub ki, sözügedən bina Dövlət Reyestrində 3424 nömrə ilə qeydiyyatda olan dövlət mühafizəsindəki tarix-memarlıq abidəsidir. Dam örtüyünün uzun müddət təmir edilməməsi nəticəsində sakinlərin rahatlığının pozulması ilə yanaşı, tarixi-mədəni irs də məhv olur. Şikayətçi bildirib ki, məsələ ilə bağlı Mənzil-Kommunal İstismar Sahəsinə (MKİS), Səbail Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Mədəni İrsin Qorunması üzrə Dövlət Xidmətinə və s. dəfələrlə rəsmi müraciət etsə də, indiyədək problem öz həllini tapmayıb.


Oxu.Az-ın sorğusuna cavab olaraq Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, ilkin müşahidə zamanı rayon ərazisində təmirə ehtiyacı olan binaların (sözügedən bina da daxil olmaqla) siyahısı bir müddət əvvəl tərtib olunaraq aidiyyəti üzrə rəsmi müraciət olunub: "Əlavə olaraq qeyd edirik ki, qaldırılan məsələ ilə əlaqədar təmir işlərinin aparılması məqsədilə sözügedən yaşayış binası Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təmir-titul siyahısına salınıb. Ünvan nəzarətə götürülüb".
Tarixi binanın damı qəzalı vəziyyətdədir: Sakinlər üçün TƏHLÜKƏ - FOTO - VİDEO Tarixi binanın damı qəzalı vəziyyətdədir: Sakinlər üçün TƏHLÜKƏ - FOTO - VİDEO Tarixi binanın damı qəzalı vəziyyətdədir: Sakinlər üçün TƏHLÜKƏ - FOTO - VİDEO Tarixi binanın damı qəzalı vəziyyətdədir: Sakinlər üçün TƏHLÜKƏ - FOTO - VİDEO Tarixi binanın damı qəzalı vəziyyətdədir: Sakinlər üçün TƏHLÜKƏ - FOTO - VİDEO Tarixi binanın damı qəzalı vəziyyətdədir: Sakinlər üçün TƏHLÜKƏ - FOTO - VİDEO Tarixi binanın damı qəzalı vəziyyətdədir: Sakinlər üçün TƏHLÜKƏ - FOTO - VİDEO Tarixi binanın damı qəzalı vəziyyətdədir: Sakinlər üçün TƏHLÜKƏ - FOTO - VİDEO Tarixi binanın damı qəzalı vəziyyətdədir: Sakinlər üçün TƏHLÜKƏ - FOTO - VİDEO Tarixi binanın damı qəzalı vəziyyətdədir: Sakinlər üçün TƏHLÜKƏ - FOTO - VİDEO Tarixi binanın damı qəzalı vəziyyətdədir: Sakinlər üçün TƏHLÜKƏ - FOTO - VİDEO Tarixi binanın damı qəzalı vəziyyətdədir: Sakinlər üçün TƏHLÜKƏ - FOTO - VİDEO Tarixi binanın damı qəzalı vəziyyətdədir: Sakinlər üçün TƏHLÜKƏ - FOTO - VİDEO Tarixi binanın damı qəzalı vəziyyətdədir: Sakinlər üçün TƏHLÜKƏ - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər