Cəmiyyət

Ağdamda ağır qəza: 6 nəfər...

03 Jul 2026, 16:47 1 baxış
Ağdamda ağır qəza: 6 nəfər...

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az xəbər verir ki, hadisə Bərdə-Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində baş verib.


Belə ki, adıçəkilən yolda 99 UA 251 dövlət nömrə nişanlı, "Renault Laguna" avtomobili hərəkət edərkən əks istiqamətdə olan QAZ markalı avtomobillə toqquşub. Qəza zamanı hər iki avtomobildə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Yaralıların üçünün vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər