İqtisadiyyat

"Wizz Air" Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır

03 Jul 2026, 10:28 2 baxış
"Wizz Air" Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır
Heydər Əliyev Beynəlxalq Aeroportu marşrut şəbəkəsini genişləndirməyə davam edir. 2026-cı il sentyabrın 29-dan etibarən Avropanın ən böyük aşağıbüdcəli aviaşirkəti olan "Wizz Air" Bratislava - Bakı - Bratislava marşrutu üzrə birbaşa müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək. Oxu.Az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb. Bildirilib ki, yeni istiqamətin açılması Azərbaycanla Slovakiya arasında hava əlaqələrinin daha da möhkəmlənməsinə, turizm və işgüzar səfərlər üçün əlavə imkanların yaradılmasına, həmçinin sərnişinlərə Mərkəzi Avropanın perspektivli istiqamətlərindən birinə daha sərfəli və rahat çıxışın təmin olunmasına xidmət edəcək. Bu marşrut Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq marşrut şəbəkəsinin inkişafı istiqamətində atdığı növbəti mühüm addımdır. Reyslər üzrə aviabiletlər artıq "Wizz Air" aviaşirkətinin rəsmi internet səhifəsində və digər satış kanalları vasitəsilə əldə edilə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər