İqtisadiyyat
Qızılın qiyməti 4200 dolları ötdü
"Comex" birjasında 2026-cı ilin avqust ayında çatdırılma şərti ilə qızıl füçersinin dəyəri 2026-cı il iyunun 22-dən bəri ilk dəfə olaraq bir trua unsiyası üçün 4 200 dollar həddini aşıb. Oxu.Az xəbər verir ki, bu, ticarət platformasının açıqladığı rəqəmlərdən öz əksini tapıb. Bakı vaxtı ilə saat 05:24-ə olan məlumatlara görə, qızılın qiyməti 1.96% artım nümayiş etdirərək bir trua unsiyası üçün 4 206.7 dollara yüksəlib. Saat 05:28-ə olan vəziyyətdə isə füçersin qiyməti artım sürətini bir qədər azaldıb və bir trua unsiyası üçün 4 205.4 dollar (+1.93%) səviyyəsində qeydə alınıb.
Mənbə
oxu.az